Hadisə Özəl

Taksi sürücüsü qəza törətdi: 1 ölü, 1 yaralı

Taksi sürücüsü qəza törətdi: 1 ölü, 1 yaralı

Türkiyədə taksi ilə minik avtomobili toqquşub. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.

Bildirilib ki, hadisə Türkiyənin Konya vilayətində baş verib.

Qəza nəticəsində minik avtomobilini idarə edən 61 yaşlı kişi dünyasını dəyişib, 35 yaşlı taksi sürücüsü isə ağır xəsarət alıb.

Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az