Almaniyada 13 yaşlı türk qızı bıçaqla qətlə yetirən qaçqına ömürlük həbs cəzası verilib.
Demokrat.az xəbər verir ki, 27 yaşlı cinayətkar ötən ilin dekabrında İllerkirxberq şəhərində qızlara hücum edib.
Hücum zamanı 23 bıçaq yarası alan 13 yaşlı türk qız dünyasını dəyişib, 14 yaşlı dostu isə ağır yaralanıb.
Uzun müddət davam edən istintaq nəticəsində bu gün qatilə ömürlük həbs cəzası verilib.
Qeyd edək ki, məhkum cinayəti evliliyə hazırlıq ərəfəsində çətinliklərlə üzləşməsi və əsəbi olduğu üçün törətdiyini bildirib.
Aysu Demokrat.az


