Dünya Özəl

Bu ölkədə gözəllik salonları qadağan edildi

Bu ölkədə gözəllik salonları qadağan edildi

Taliban Əfqanıstanda saç və gözəllik salonlarını bağlamaq qərarına gəlib.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Əfqanıstanda son 2 ildə qadınların ictimai yerlərdə sərbəst hərəkət edə biləcəyi məkanlar azalmağa davam edir.

Belə ki, artıq ölkədə qadınlar üçün fəaliyyət göstərən saç v gözəllik salonları qadağan edilib.

Taliban qadağanın səbəbini və ya salonlar bağlandıqdan sonra qadınlara hər hansı alternativin təklif edilib-edilməyəcəyini izah etməyib.

Xatırladaq ki, Taliban daha əvvəl 1996-2001-ci illərdə, hakimiyyətdə olarkən gözəllik salonlarını bağlamışdı.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova