Dünya

Motosikletlə təyyarə toqquşdu: Ölənlər var — VİDEO

Motosikletlə təyyarə toqquşdu: Ölənlər var — VİDEO

Hondurasın Puerto-Lempira aerodromunda motosikletlə təyyarənin toqquşması nəticəsində iki nəfər həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd edilir ki, iki kişi uçuş-enmə zolağında motosiklet sürməyə qərar verib. Bu zaman ora “Cessna 206” təyyarəsi eniş edib. Nəticədə təyyarə motosikleti vurub. Hadisə zamanı həm sərnişin, həm də sürücü həlak olub. (Report)

D
demokrat.az