ABŞ prezidenti Co Bayden iyulun 5-də Ağ Evdə İsveçin baş naziri Ulf Kristerssonu qəbul edəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti açıqlama yayıb.
Açıqlamada deyilir: "Prezident Bayden Birləşmiş Ştatlar və İsveç arasındakı sıx əlaqələri daha da gücləndirmək üçün İsveçin Baş naziri Ulf Kristerssonla görüşəcək. Görüş iyulun 5-də Ağ Evdə baş tutacaq. Prezident Co Bayden görüşü səbirsizliklə gözləyir".
Görüşdə həmçinin, iki ölkə arasında artan təhlükəsizlik əməkdaşlığı nəzərdən keçiriləcək və İsveçin NATO-ya ən qısa zamanda daxil olması ilə bağlı fikirlər bir daha təsdiqlənəcək.
Aysu Demokrat.az


