Hadisə

Nabranda istirahət mərkəzində qadını cərəyan vuraraq öldürüb

Nabranda istirahət mərkəzində qadını cərəyan vuraraq öldürüb

Xaçmazda Nabran kəndindəki istirahət mərkəzində qadını cərəyan vuraraq öldürüb.

“Report”un Şimal bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Tağıyeva Xanım İdris qızı həmin ərazidə yerləşən "Dənizçi" istirahət mərkəzində olarkən onu hamam otağında elektrik cərəyanı vurub və qadın yerindəcə keçinib.

X.Tağıyevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az