İyunun 27-də axşam saatlarında Ukraynanın Kramatorsk şəhəri iki "İsgəndər" raketi ilə atəşə tutulub.
Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokuroru bildirib.
Bildirilir ki, əsas zərbə Kramatorskın mərkəzinə, onlarla insanın olduğu "Ria Pizza" restoranına endirilib.
18 hündürmərtəbəli və 65 fərdi yaşayış evi, beş məktəb, iki uşaq bağçası, ticarət mərkəzi, otel və digər tikililərə ziyan dəyib.
İkinci raket Kramatorskın Belenkoye kəndindəki şəxsi evə düşüb, 5 yerli sakin yaralanıb.
Qeyd olunur ki, şəhərə edilən hücumda azı on nəfər həlak olub, 61 nəfər yaralanıb.//Yeniavaz.com


