Dünya Özəl

Həcc ziyarətinə gedən zəvvarların sayı 1,6 milyonu keçdi

Həcc ziyarətinə gedən zəvvarların sayı 1,6 milyonu keçdi

İndiyədək xaricdən Həcc ziyarətinə gedən zəvvarların sayı 1 milyon 600 mini keçib.

Demokrat.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Prezident Administrasiyası açıqlama yayıb.

Açıqlamaya görə, xarici ölkələrdən Səudiyyə Ərəbistanına gələn zəvvarların sayı indiyədək 1,6 milyonu ötüb.

İyunun 26-da rəsmi olaraq başlayacaq həcc ziyarəti üçün müsəlmanların Məkkəyə gəlişi hava, quru və dəniz yolu ilə davam edir.

Builki Həcc ziyarəti üçün 160 ölkədən gələn zəvvar sayının Covid-19 epidemiyasından əvvəlki dövrləri üstələyərək, ümumilikdə 2,5 milyonu keçəcəyi gözlənilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova