Dünya Özəl

Blinken: "Putin indi də Moskvanı qorumaq məcburiyyətində qaldı"

Blinken: Putin indi də Moskvanı qorumaq məcburiyyətində qaldı

"Putin 16 ay əvvəl Kiyevin astanasında idi, indi isə Moskvanı öz yaratdığı muzdlu hərbi dəstəyə qarşı müdafiə etməli oldu".

Demokrat.az xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Entoni Blinken mətbuata açıqlamasında deyib.

O bildirib ki, Rusiya lideri öz yaratdığı dəstələrlə mübarizə aparmağa məcburdur:

"16 ay əvvəl Putin Ukraynada, Kiyevin astanasında idi. O, bir neçə günə şəhəri ələ keçirmək, ölkəni xəritədən silmək istəyirdi. İndi o, Rusiyanın paytaxtı Moskvanı bir qrup əsgərə qarşı müdafiə etməyə məcbur oldu.

“Vaqner”in gələcəyi və üsyandan sonra Rusiyada baş verən proseslər haqqında danışmaq üçün hələ tezdir. Bu mövzuda fikir bildirmək istəmirəm. Film hələ də davam edir və biz hələ finalını görməmişik".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova