Dünya Özəl

BMT-nin baş katibindən taxıl dəhlizi sazişi ilə bağlı ÇAĞIRIŞ

BMT-nin baş katibindən taxıl dəhlizi sazişi ilə bağlı ÇAĞIRIŞ

BMT taxıl dəhlizi razılaşması çərçivəsində Ukraynadan ixracın davam etdirilməsi ilə bağlı çağırış edib.

Demokrat.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.

A.Quterreş gəmilərin yoxlanılmasının səngiməsi və Ukraynadakı limanlardan birinin müqavilədən kənarda qalmasına görə təəssüfləndiyini deyib:

"İyulun 17-də uzadılması gözlənilən müqavilə ilə bağlı tərəflər bu həyati əhəmiyyətli razılaşmanın davamı üçün üzərilərinə düşən öhdəlikləri icra etməlidirlər".

Xatırladaq ki, Rusiya gələn ay taxıl dəhlizi razılaşması ilə bağlı müqavilədən çıxacağını bəyan edib.

Aysu Demokrat.az

D
demokrat.az