Türkiyədə 29 yaşlı vəkil evdə silahını təmizləyərkən yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Hadisə Türkiyənin Kayseri vilayətində yerli vaxtla saat 15:00 da baş verib.
29 yaşlı vəkil öz sənədli tapançasını təmizləmək istəyərkən səhvən özünə atəş açıb və nəticədə sinəsindən yaralanıb.
Hadisə yerinə dərhal polis və Təcili Tibbi Yardım qrupları gəlib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


