Dünya

Rusiya səfiri Ermənistan XİN-ə çağırılıb

Rusiya səfiri Ermənistan XİN-ə çağırılıb

Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APAxəbər verir ki, bu barədə NEWS.am Ermənistan XİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb.

Rusiya səfirinin Ermənistan XİN-ə çağırılmasına səbəb kimi Laçın yolunda baş verən son insident göstərilib.

Görüşdə hadisə ilə bağlı Ermənistan tərəfinin narazılığı səfirin diqqətinə çatdırılıb.

NE
Nihadə Eyyubova