Kriminal Özəl

Lənkəranda ana və oğula qarşı törədilən cinayətlə bağlı XƏBƏR VAR

Lənkəranda ana və oğula qarşı törədilən cinayətlə bağlı XƏBƏR VAR

Lənkəranda ana və oğlunu bıçaqlamaqda təqsirləndirilən Firqət Ağazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Cavid Səfərlinin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Lənkəran rayonunun Tükəvilə kənd sakini, 19 yaşlı Firqət Ağazadə gecə saatlarında rayonunun Separadi kənd sakini, 28 yaşlı Valeh Məmmədova məxsus fermaya gəlib.

Aralarında olan mübahisə zəminində Firqət Ağazadə Valeh Məmmədov və onun 65 yaşlı anası Cəvahir Məmmədovaya bıçaqla xəsarətlər yetirib.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vaxtında tibbi yardım göstərildiyi üçün hər iki yaralının həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Firqət Ağazadənin barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi üzrə ittiham elan edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova