Gündəm

Rayonlara yağış yağıb, çaylardan sel keçib — FAKTİKİ HAVA

Rayonlara yağış yağıb, çaylardan sel keçib — FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə,iyunun 16-sı saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Göygöl, Altıağac, Quba, Xınalıq, Qrız, Şahdağ, Neftçalada və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Saat 14:20 radələrində Göygöl rayonu ərazisindən axanKürəkçaydan sel keçib.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 15-20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,8 metrə çatıb.

NE
Nihadə Eyyubova