Xarici siyasət Özəl

Stoltenberq: “NATO tarixinin ən böyük təlimində iştirak edəcək”

Stoltenberq: “NATO tarixinin ən böyük təlimində iştirak edəcək”

NATO tarixinin ən böyük hava qüvvələrinin təlimi olan “Air Defender 23”də Alyanaın baş katibi Yens Stoltenberq də iştirak edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə NATO-dan verilən yazılı açıqlamada bildirilib.

NATO-nun baş katibi Yens Stoltenberqin 19-20 iyun tarixlərində Almaniyanın Şlezviq-Holşteyn əyalətinə və paytaxtı Berlinə səfər edəcəyi bildirilib.

Səfər çərçivəsində Almaniyanın müdafiə naziri Boris Pistorusla NATO tarixində ən böyük hava təliminə qatılacağı açıqlanıb.

Baş katib Stoltenberqin iyunun 19-da paytaxt Berlində Almaniya kansleri Olaf Şolz ilə görüşəcəyi, Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə ikitərəfli görüş keçirəcəyi vurğulanıb.

Eyni zamanda Almaniya Sənaye Federasiyasının (BDI) təşkil etdiyi Sənaye Günündə çıxış edəcəyi də bildirilib.

Aysu Demokrat.az

D
demokrat.az