İdman

Braziliya Amerika Kubokunu qazandı

Braziliya Amerika Kubokunu qazandı

Futbol üzrə Amerika Kubokunun (Copa America) qalibi Braziliya olub.

Demokrat.az-ın məlumatına görə,məşhur Marakana stadionunda baş tutan finalda "sambaçılar" Peruya qalib gəlib (3:1).

İlk hissəni 2:1 hesabı ilə öndə tamamlayan Braziliya, sonrakı 45 dəqiqədə daha bir dəfə fərqlənərək turnirin növbəti dəfə qalibi adını qazanıb.

Qeyd edək ki, Braziliya millisibu kuboku 9-cu dəfə başı üzərinə qaldırıb. Siyahıda hələlik 3-cü olan yığma, Uruqvay (15 dəfə)və Argentinadan (14 dəfə) geri qalır.

Demokrat.az

D
demokrat.az