Xarici siyasət Özəl

Türkiyədən Berluskoninin dəfn mərasimində bu şəxslər iştirak edəcək

Türkiyədən Berluskoninin dəfn mərasimində bu şəxslər iştirak edəcək

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin dəfn mərasiminə Türkiyədən xarici işlər naziri Hakan Fidan və AKP-nin sədr müavini Ömər Çelik qatılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə AKP-dən məlumat verilib.

Məlumata görə, Hakan Fidan və Ömer Çelik Berluskoninin bu gün keçiriləcək dəfn mərasimində iştirak etmək üçün İtaliyaya səfərə gedib.

Xatırladaq ki, Berluskoni iyunun 12-də xroniki leykoz diaqnozu ilə müalicə aldığı Milandakı San Raffaele xəstəxanasında dünyasını dəyişib.

Aysu Demokrat.az

D
demokrat.az