İdman Özəl

Mbappedən "Real Madrid"ə transfer xəbəri ilə bağlı AÇIQLAMA

Mbappedən Real Madridə transfer xəbəri ilə bağlı AÇIQLAMA

Fransalı futbol ulduzu Mbappe "Real Madrid"ə transfer olması ilə bağlı şayiələrə aydınlıq gətirib.

Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Bildirilib ki, İtaliyanın “Gazzetta dello Sport” nəşrinə danışan Mbappe növbəti mövsüm komandasında qalmaqdan xoşbəxt olacağını bildirib.

PSJ ilə 2024-cü il üçün müqaviləsi olduğunu xatırladan fransız ulduz deyib:

"Yalnız onu deyə bilərəm ki, müqavilənin uzadılması ilə əlaqədar heç bir addım atılmayıb. Klubumla heç vaxt müqavilənin uzadılmasını müzakirə etməmişik, amma mən gələn mövsüm də burada qalmaqdan xoşbəxtəm”.

Aysu Demokrat.az

D
demokrat.az