Dünya

ABŞ 31 Çin təşkilatını qara siyahıya salıb

ABŞ 31 Çin təşkilatını qara siyahıya salıb

ABŞ Ticarət Departamenti bazar ertəsi Böyük Britaniya, Keniya, Çin, Laos, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Sinqapur, Tailand və Cənubi Afrikadan olan 50 təşkilata ixrac məhdudiyyəti qoyub.

APA-nınTASSagentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ hökumətinin rəsmi sənədlər toplusunda yerləşdirilən bildirişdə qeyd olunub.

Eyni zamanda, Latviyanın "Fiber Optic Solutions" təşkilatı da qara siyahıdan çıxarılıb.

ABŞ-in Sənaye və Təhlükəsizlik Bürosu Çindən 31, Keniyadan 1, Laosdan 1, Malayziyadan 1, Pakistandan 4, Sinqapurdan 1 strukturu qara siyahıya salıb.

NE
Nihadə Eyyubova