Gündəm

Rəcəb Tayyib Ərdoğan Azərbaycana dövlət səfərinə gəlib — VİDEO

Rəcəb Tayyib Ərdoğan Azərbaycana dövlət səfərinə gəlib — VİDEO

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevindəvəti ilə iyunun 12-də ölkəmizə dövlət səfərinə gəlib.

AZƏRTACxəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

NE
Nihadə Eyyubova