Hadisə Özəl

53 yaşlı qadın çayda boğuldu

53 yaşlı qadın çayda boğuldu

Türkiyədə ruhi problemlərinin olduğu iddia edilən qadın çayda boğularaq həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Bildirilib ki, hadisə Türkiyənin Karabük vilayətində yerləşən Filyos çayında baş verib.

Ruhi problemlərinin olduğu iddia edilən 53 yaşlı qadın üzmək üçün çaya girib, lakin anidən axında boğulmağa başlayıb.

Əraziyə dərhal polis və xilasetmə qrupları gəlib.

Axtarışlar nəticəsində yaşlı qadının cəsədi ərazidən 3 kilometr aralıda tapılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova