Kanadanın meşə yanğınlarından zərər görən Nyu-Yorkda uçuşlar təxirə salınıb.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası qərar qəbul edib.
Belə ki, Kanadada günlərdir davam edən meşə yanğınlarının tüstüsü ABŞ-ın şimal-şərq ştatlarını təsir altına alıb.
Zərəçəkən şəhərlərdən biri olan Nyu-Yorkda uçuşların ləğv edilməsinə qərar verilib.
Çirklənmə səbəbindən hava nəqliyyatı dayandırılıb.
Qeyd edək ki, yerli rəsmilər xüsusilə ürək, ağciyər və tənəffüs sistemi xəstəlikləri olanları çölə çıxmamağa çağırıb.
Aysu Demokrat.az


