Bakının Yasamal rayonunda 1976-cı il təvəllüdlü Sədi ailə münaqişəsi zəminində həyat yoldaşı Sevilə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralln 4-də baş verib.
Sədi birgə yaşadıqları evdə həyat yoldaşı Sevilə ilə mübahisə edib.
Mübahisə zamanı yumruqla Sevilin baş və sifət nahiyələrinə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Sədinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sədi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Sevil ilə birgə evli olduğu müddət ərzində bir neçə dəfə onu söyüb, təhqir etdiyinə görə aralarında mübahisələr baş verib:
“Fevralın 4-də, saat 12 radələrində yaşadığım evdə olarkən həyat yoldaşım mənimlə kobud rəftar etdiyinə görə Sevilə öz iradımı bildirdim. Lakin Sevil bir ər kimi mənə məhəl qoymadığından aramızda bu zəmində münaqişə baş verdi. Mübahisə zamanı əsəblərimə hakim olmağa çalışsam da, Sevil məni mübahisə etməyə təhrik etdi. Mən də Sevilə mübahisənin davaya çevirməsinin lazım olmadığını dedim, onun sakitləşməyə çalışdım. Lakin Sevil daha da aqressivləşdi. Mübahisə zəminində Sevil sakitləşmək bilmədiyindən əsəblərimi cilovlaya bilmədim. Yumruqla sifət və baş nahiyələrimə vurdum. Bununla da aramızda baş vermiş mübahisə və dava-dalaş bitdi”.
Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, aliment borcunun ödəməsini nəzərə alınmasını istəyib.
Bu cinayət işinə Yasamal rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sədi 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşadığı ünvan axşam saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilib.
Fariz Məlikli Demokrat.az


