Hadisə

Elşad Hacıyev: "Telejurnalist fikrindən daşındırılaraq polis orqanına dəvət edilib"

Elşad Hacıyev: Telejurnalist fikrindən daşındırılaraq polis orqanına dəvət edilib

Telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təcili müdaxilə edilib.

Demokrat.az xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

E.Hacıyev qeyd edib ki, o, fikrindən daşındırılaraq polis orqanına dəvət edilib: "Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir".

Qeyd edək ki, telejurnalist Ceyhun Rzayev intihar edəcəyini elan edib.

D
demokrat.az