Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və həmin vaxtdan 6 DOST Mərkəzi, habelə Zəngilanın Ağalı kəndində ölkə üzrə ilk “Smart DOST” məntəqəsi açılıb.
Demokrat.az xəbər verir ki, bu fikirləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, 154 növdə sosial xidmətin “bir pəncərə”dən, çevik, tam şəffaf şəkildə təqdim edildiyi DOST mərkəzlərində ötən dövrdə 1 milyon 561 min vətəndaşa xidmət göstərilib, bu xidmətlərdən vətəndaş məmnunluğu 98,5 faiz təşkil edib:
“DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək dəyərləndirilərək, 9 beynəlxalq mükafat və sertifikatla təltif olunub. Bu gün DOST təcrübəsini öyrənməyə maraq göstərən ölkələrin sayı daim artır”.
Aynurə Demokrat.az


