Kolumbiyada keçirilən narkotik əməliyyatı nəticəsində 843 kiloqram kokain ələ keçirilib.
Demokrat.az xəbər verir ki, bu barədə "Caracol TV" məlumat yayıb.
Məlumata görə, Kartagena şəhərində həyata keçirilən əməliyyatda 3 konteyner daşıyan yük maşını saxlanılıb.
Axtarışlar nəticəsində konteynerlərdə gizlədilmiş 843 kiloqram kokain aşkar edilib.
Saxlanılan yük maşınının sürücüsü dindirilmək üçün prokurorluğa təhvil verilib.
Əməliyyatın Narkotiklə Mübarizə İdarəsi (DEA) ilə birgə həyata keçirildiyi bildirilib.
Kolumbiya Prezidenti Qustavo Petro əməliyyatı həyata keçirən narkotik polislərini təbrik edib.
Aysu Demokrat.az


