Gündəm Özəl

Ərdoğan üçün möhtəşəm şeir: Zəngəzur dəhlizindən Göyçə gölünə…

Ərdoğan üçün möhtəşəm şeir: Zəngəzur dəhlizindən Göyçə gölünə…

Türkiyədə prezident seçkilərinin II turunda Rəcəb Tayyip Ərdoğan qazanıb.

Demokrat.az bu qələbə münasibətilə “Üfüqdən Parlayan Günəş” adlı kitabın müəllifi Azad Abdurahmanovun “Rəcəb Tayyip Ərdoğan” şeirini təqdim edir:

Rəcəb Tayyib Ərdoğan

Bir tarixdi yazıdı Türkün zəfər sazıdı Millətin atasıdı Rəcəb Tayyib Ərdoğan

Türk varlığı kür-araz Yorğunluqla barışmaz Yoxuşlarda yorulmaz Rəcəb Tayyib Ərdoğan

Nə iş görsə həqiqət. Onunladı səadət. Böyük millətdi, millət Rəcəb Tayyib Ərdoğan

Mərd doğuldu, mərd oldu Zaman-zaman sərt oldu Düşmənlərə dərd oldu Rəcəb Tayyib Ərdoğan

Meydanlara çıxarkən Oldu əynində kəfən Qrxmadı “darbələrdən” Rəcəb Tayyib Ərdoğan

Siyasəti biləndi Dediyini edəndi Kamalına güvəndi Receb Tayyib Ərdoğan

Ağlı qılıncdan iti Başa çəkdi milləti “Davos”da sözün dedi Rəcəb Tayyib Ərdoğan

Əməli ər, adı ər Onunladı hər hünər Diplomatda şah əsər Rəcəb Tayyib Ərdoğan

Turandı yaratdığı Gördüyü iş üz ağı Türkün arxa, dayağı Rəcəb Tayyib Ərdoğan

Türk xalqı ona yar Qazandı o, etibar İnamı şah yaşadar Rəcəb Tayyib Ərdoğan

Qəlbimizdə ər adı Sönməz ocaq qaladı Ağdam, Laçın Şuşadı Rəcəb Tayyib Ərdoğan

Nitqi alov; Söyləsə Dünya heyran gur səsə Şairdi; Şeir desə Rəcəb Tayyib Ərdoğan

Yunis İmrə kafalı Kəlamları şəfalı Bir ömürdü; bahalı Rəcəb Tayyib Ərdoğan

Nə gündüz-gecə yatdı Hədəfə çata-çatdı Gözəlliklər yaratdı Rəcəb Tayyib Ərdoğan

Dostu İlham Əliyev Türk dünyası ona ev Türkü istəyir bütöv Rəcəb Tayyib Ərdoğan

Yol tapdı Türk elinə "Zəngəzur dəhlizinə" Yaxın "Göyçə gölü"nə Rəcəb Tayyib Ərdoğan

"Bəyamnamə" Şuşada Fəxr etdik şu ada Taxt qurdu Qarabağda Rəcəb Tayyib Ərdoğan

"Araz"ın çay işığı "O tay", " bu tay" işığı. Zülmətin "Ay" işığı. Receb Tayyib Ərdoğan.

Görsən;. Sevgi selidi. Duysan;. Dərdin dilidi. Türkün birlik gülüdü. Receb Tayyib Ərdoğan.

Din-imanı ədalət. Dünya ona əmanət. Hürrüyyətdi, hürrüyyət. Receb Tayyib Ərdoğan.

Düzlük dövləti-varı. Namus, qeyrəti, arı. Sevdi pak adamları. Receb Tayyib Ərdoğan.

Ədalətlə qaynayır. Haqqa könül bağlayır. Dəryalar tək çağlayır. Receb Tayyib Ərdoğan.

Heydərlə də bir idi. Gələcəyi bilirdi. Atatürk tək liderdi. Receb Tayyib Ərdoğan.

Türk ordusu ürəyi. Silahlardı gərəyi. Göydən alır köməyi. Receb Tayyib Ərdoğan.

Qan dondurur "pualar". Həm də "ef 16-lar". Yapdı yerli silahlar. Receb Tayyib Ərdoğan.

Yüksəklərdə kalkınma. Həm də milli savunma. Yetirdi "Qızıl Əlma". Receb Tayyib Ərdoğan.

Çok hızlı gelişmələr. Bu dünyaya "TOGG" yetər. Fəth eylədi zirvələr. Receb Tayyib Ərdoğan.

Vətən uludan ulu. Yolu "Sultanlar" yolu. "Bayraqdar"la qürurlu. Receb Tayyib Ərdoğan.

Yurd-yuva ruhu, canı. El-oba qaynar qanı. Məhv etdi "PKK "-nı. Receb Tayyib Ərdoğan.

Xalqın səsidi səsi. Xalqdı eşqi, həvəsi. Xalqla alır nəfəsi. Receb Tayyib Ərdoğan.

Vuruldu torpağına. "Ay, ulduz" bayrağına. Döndü yurd çırağına. Receb Tayyib Ərdoğan.

Göz önündə cəfası. Dağlar aşdı vəfası. İnsanlığın qalası. Receb Tayyib Ərdoğan.

Sevək Allah sevəni. Unutmayaq dünəni. Baş eylədi ölkəni. Receb Tayyib Ərdoğan.

Millətimiz birdi, bir. Nə sehirdi, nə də sirr. Həm ocaqdı, həm də pir. Receb Tayyib Ərdoğan.

Azad bəlli mətləbin. Yaz, qoy desin qələmin. Özüdü min illərin. Receb Tayyib Ərdoğan.

Demokrat.az

NE
Nihadə Eyyubova