Gömrük qaydalarını pozan "Baku Polygraphy" MMC cərimə olunub.
Demokrat.az-ın xəbərinə görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İş baxılması Nəsimi rayon Məhkəməsinə göndərilib.
İş araşdırılmçası üçün hakim Elməddin Hüseynovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Fariz Məlikli Demokrat.az


