“Khan-El” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) böyük məbləğdə cərimə oluna bilər.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə cərimə olunub.
Cərimə olunma protokolu araşdırılması üçün Balakən rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Hümbət Səlimovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cərimə yazılır.
İnzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.
Fariz Məlikli Demokrat.az


