Region Özəl

Türkiyədə seçkilərdə xaricdən səs verənlərin sayı 1,8 milyonu ötdü

Türkiyədə seçkilərdə xaricdən səs verənlərin sayı 1,8 milyonu ötdü

Türkiyədə prezident seçkiləri ilə əlaqədar 2-ci turda səs verənlərin sayı daha da artıb.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC Türkcə" məlumat yayıb.

Məlumata əsasən, xarici nümayəndəlik və gömrük məntəqələrində səs verən seçicilərin ümumi sayı 1 milyon 816 min 294 olub.

Bildirilib ki, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə şənbə günü başlayan prezident seçkilərinin ikinci turu üçün səsvermə bu gün başa çatır.

Gömrükdə səsvermə 28 may saat 17:00-a qədər davam edəcək.

Qeyd edək ki, seçkilərlə əlaqədar 73 ölkədəki 167 məntəqədə seçki qutuları qurulub.

Aysu Demokrat.az

D
demokrat.az