Türkiyədə yeni evlənən cütlüyün mübahisəsi faciə ilə nəticələnib.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata əsasən, hadisə Türkiyənin Şanlıurfa vilayətində baş verib.
İddialara görə, 23 yaşlı qadın və əri araslnda mübahisə yaranıb.
Mübahisənin böyüməsi nəticəsində gənc qadın həyat yoldaşına tapança ilə atəş açıb.
Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib.
Dərhal müdaxilə edilməsinə baxmayaraq, yaralını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Aysu Demokrat.az


