Türkiyədə yayımlanan “Mən bu cahana sığmazam” teleserialında Azərbaycana qarşı təxribat xarakterli səhnə yer alıb.
Yeniavaz.com xəbər verir ki, sözügedən səhnəni bu günə qədərki sonuncu, yəni 32-ci seriyada görmək mümkündür.
Belə ki, səhnələrin birində serialın baş rol ifaçısı Oqtay Kaynarcanın arxasında Azərbaycan xəritəsi göstərilib. Sözügedən xəritədə isə Naxçıvan Muxtar Respublikası göstərilmir.
Azərbaycanın xəritəsində Naxçıvanın göstərilməməsi serialın bir qisim izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.
View this post on Instagram


