Türkiyədə Kastamonu şəhərində çörəyin arasında narkotik keçirmək istəyən şəxslər həbs edilib.
Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Bildirilib ki, polis şöbəsinə şəhərə narkotik keçirilməsi ilə bağlı xəbərdarlıq edilib.
Polis qrupları dərhal araşdırmalara başlayıb.
Nəticədə, şübhəlilərin üzərində aparılan axtarış zamanı çörəyin içinə gizlədilmiş 43,77 qram narkotik maddə ələ keçirilib.
Onlar polis tərəfindən saxlanılaraq həbs edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir. 
Aysu Demokrat.az


