Hadisə

Bakıda magistral yolda sürücü əyləcə basaraq qəza şəraiti yaratdı — VİDEO

Bakıda magistral yolda sürücü əyləcə basaraq qəza şəraiti yaratdı — VİDEO

Bakıda sürücü sürətli yolda avtoxuliqanlıq edib.

Bu barədə görüntülərOxu.Azredaksiyasına göndərilib.

Belə ki, hadisə Dərnəgül şossesində baş verib.

Görüntülərdən məlum olur ki, 10-LK-070 dövlət qeydiyyat nişanlıBMWmarkalı avtomobil magistral yolda qəsdən əyləcə basaraq qəza şəraiti yaradıb.

“Avtomobilimdə azyaşlı uşaqlar və ailə üzvlərim var idi. Qarşıda hərəkət edən avtomobiləmənə yol verməsi üçün işarə verdim, daha sonrasürücü qəsdən əyləcə basaraq qəza şəraiti yaratdı”, - deyə məlumatda qeyd olunub.

Həmin görüntüləri təqdim edirik:

NE
Nihadə Eyyubova