Sosial

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət tam MƏHDUDLAŞDIRILIR

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət tam MƏHDUDLAŞDIRILIR

20 may saat 08:00-dan saat 22:00-dək Bakı şəhəri Azadlıq prospektinin yan yolunda (Ziya Bünyadov prospektindən Nəcəf Nərimanov küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Demokrat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

D
demokrat.az