Hadisə

Neftçalada iki motosiklet toqquşdu: Xəsarət alanlar var

Neftçalada iki motosiklet toqquşdu: Xəsarət alanlar var

Neftçalada yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

“Report”unməlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayonun Bankə qəsəbə sakini 1995-ci il təvəllüdlüƏli İnqilab oğlu Məmmədovun idarə etdiyi motosiklet Neftçala şəhər sakini 1954-cü il təvəllüdlü Cavanşir Xəlil oğlu Yusifovun idarə etdiyi motosikletlə toqquşub.

Qəza nəticəsindəhər iki motosiklet sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova