Qobustan rayonunda qayınanasının arvadının və onun valideylərini təhqir edən şəxs cəzalandırılıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qobustan şəhərində baş verib. Əli “whatsap” sosial şəbəkəsində qayınatası Vaqifi və qayınanası Zəminənin (adlar şərti verilib – red.) söyüb.
Barəsində inzibati cəza tətbiqi görülən Əli bildirib ki, təxminən 4 ay əvvəl həyat yoldaşı Zərifə onun yaşadığı Qobustan rayonunun Xilmilli kəndindəki evindən çıxıb və valideynlərinin yaşadığı Sumqayıt şəhərinə gedib:
“Təxminən 16-17 aprel 2023-cü il tarixlərində “whatsap” vasitəsi ilə həyat yoldaşım ilə söhbət edən zaman qızıma kobud şəkildə telefonu söndürməsini dedim. Həyat yoldaşım isə bunu səhv başa düşdü. Onu təhqir etdiyimi düşündü və məni söydü. Mən də əsəbiləşərək Qobustan rayonunun Xilmilli kəndində yerləşən yaşadığım evdən “whatsap” vasitəsi ilə həyat yoldaşımı, qayınatamı və qayınanamı söydüm”.
Əli deyib ki, hazırda həyat yoldaşı ilə birlikdə yaşayır, etdiyi əməldən peşmandır.
Qobustan rayon Məhkəməsinin qərarı ilə Əli 100 manat cərimə olunub.
Fariz Məlikli Demokrat.az


