İtaliyada çaylarda yaranan daşqınlar nəticəsində meydana gələn sel fəlakətində 3 nəfər həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata əsasən, İtaliyanın şimalında davam edən leysan yağışlar daşqına səbəb olub.
Nəticədə Emilia-Romagna bölgəsinin bir çox məntəqəsi su altında qalıb.
Yerli rəsmilər qeyd edib ki, daşqın nəticəsində 3 nəfər ölüb, ən azı 5 min insan təhlükəsiz bölgələrə təxliyə edilib.
Təbii fəlakət səbəbindən bölgədə nəqliyyatın hərəkəti dayandırılıb.
Aysu Demokrat.az


