Region Özəl

Park edilmiş avtomobil gölməçəyə düşdü — Ölənlər var...

Park edilmiş avtomobil gölməçəyə düşdü — Ölənlər var...

Türkiyədə avtomobilin gölməçəyə düşməsi nəticəsində 3 nəfər həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata əsasən, hadisə Türkiyənin Bilecik vilayətində baş verib.

Sürücü avtomobili gölməçənin sahilində park etdikdən sonra naməlum səbəbdən maşın suya yuvarlanıb.

Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib.

Maşının sürücüsü sudan sağ çıxmağı bacarsa da, avtomobildə olan digər 3 nəfər vəfat edib.

Sürücü polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az