Türkiyədə qızını güllələyən kişi daha sonra həyatına son qoyub.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Məlumata əsasən, hadisə Türkiyənin Bitlis vilayətində baş verib.
Kişi naməlum səbəbdən əvvəlcə qızına daha sonra özünə tapança ilə atəş açıb.
Silah səslərinə gələn qonşular qızın və atasının qan içində yatdığını görüb.
Hadisə yerinə dərhal polis və Təcili tibbi yardım qrupları gəlib.
Ata dünyasını dəyişsə də, qızın müalicəsinin davam etdiyi bildirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Aysu Demokrat.az


