Kriminal Özəl

Bakıda qadını öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qadını öldürən şəxsin məhkəməsi başlayır

Bakının Nərimçanov rayonunda tanışını qətlə yetirməkdə təqsirləndirilən Elnur Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Cavid Hüseynovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

Qeyd edək ki, ötən ilin noyabrın 12-də Nərimanov rayonu ərazisində 1975-ci il təvəllüdlü Kifayət İsayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1981-ci il təvəllüdlü Elnur Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı küt alətlə baş nahiyyəsinə xəsarət yetirərək Kifayət İsayevanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Elnur Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova