“Kəskin respirator virus infeksiyaları artıq bitmək üzrədir. Ancaq bu kəskin respirator virus infeksiyalarından bəziləri hələ də bir-iki günlük xəstəliklər törədir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış həkim-infeksionist Mərdan Əliyev deyib.
Həkim bildirib ki, hazırda uşaqlar arasında suçiçəyi və qızılca xəstəliyi sürətlə yayılmaqdadır:
“Hazırda bu xəstəliklər əsasən uşaqlar arasında yayılır. Ancaq adətən bu dönəmlərdə təhlükəli xəstəliklər olmur. Təhlükəli xəstəliklər qış aylarında olur və güclü yoluxma qabiliyyəti olur. İndi insanlar günəşli havada olduqları üçün daha çox D vitamini qəbul edirlər. Bununla da immum sistemdə aktivləşmə olur. Belə olan halda xəstəliklər də azalmağa başlayır. Bir müddət hər hansı ciddi epidemik infeksiyanın olması gözlənilmir”.
Şəhanə Demokrat.az


