Pakistanın keçmiş baş naziri İmran Xanın həbsi ilə bağlı qərardan sonra tərəfdarları etiraz etmək üçün küçələrə axışıblar.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Keçmiş baş nazir İmran Xanın Pakistanda korrupsiya ittihamı ilə həbsindən sonra ölkə daxilində gərginlik artıb.
Pakistanın Lahor şəhərində İmran Xanın tərəfdarları küçələrə çıxaraq, həbs qərarına etiraz ediblər.
Aksiyalar zamanı 20 nəfərin saxlanıldığı bildirilib.
Etiraz aksiyaları davam edir.
Aysu Demokrat.az


