Kriminal Özəl

Bakıda həmcinslərini fahişəliyə məcbur edən qadına cinayət işi açıldı

Bakıda həmcinslərini fahişəliyə məcbur edən qadına cinayət işi açıldı

Bakının Nərimanov rayonunda qadınları fahişəliyə cəlb edən şəxsin barəsində cinayət işi açılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nazlı Süleymanovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılıb və iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Gültəkin Əsədovanın icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Cinayət işi üzrə 4 qadın zərərçəkmiş qismində tanınıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az