Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.
Oxu.Az-ın məlumatına görə, bağlanış oyununda “Qarabağ”“Qəbələ”ni qəbul edib. “Azersun Arena”da keçirilən görüşdə meydan sahibləri böyük hesablı qələbə qazanıblar - 3:0.
Matçda ilk qolu 43-cü dəqiqədə Elvin Cəfərquliyev vurub. 75-ci dəqiqədə Abdullah Zubir fərqi 2 topa çatdırıb. Son nöqtəni isə 84-cü dəqiqədə Ramil Şeydayev qoyub.
Bu qələbə ilə xallarını 84-ə çatdıran Ağdam təmsilçisi zirvədəki yerini qoruyub və çempionluğa bir az da yaxınlaşıb. Ən yaxın izləyicisi “Sabah”ı 7 xal qabaqlayan “köhlən atlar”növbəti oyunda “Səbail”ə qalib gələcəyi halda sona 2 tur qalmış qızıl medalları təmin edəcək. 48 xalı olan “Qəbələ”isə 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah”Qəbələdə “Kəpəz”i, “Zirə”“Şamaxı”nı 3:0, “Turan Tovuz”evdə “Neftçi”ni 4:0, “Səbail”isə Sumqayıtda eyniadlı komandanı 3:1 hesabı ilə məğlub edib.


