Gündəm Özəl

Hüquq müdafiəçisi: “Bu, Azərbaycan tarixində ən böyük Əfv Sərəncamıdır"

Hüquq müdafiəçisi: “Bu, Azərbaycan tarixində ən böyük Əfv Sərəncamıdır

"Artıq gözlədiyimiz Əfv Fərmanı imzalandı. Bu, Azərbaycan tarixində ən böyük Əfv Sərəncamıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.

Çingiz Qənizadə bildirib ki, bu dəfə 801 nəfər şəxs əfvə düşüb:

"Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş belə bir Sərəncamın imzalanmasını biz artıq dünəndən gözləyirdik. Təbii ki, bu, çox humanist addımdır, həmişə alqışlanmalıdır. Kimliyindən asılı olmayaraq belə bir Əfv Sərəncamının cənab Prezident tərəfindən imzalanması bütün hüquq müdafiəçiləri, o cümlədən mənim tərəfdən alqışlanır".

Aynurə Demokrat.az

D
demokrat.az