Dünya

Ukrayna MN: Rusiyanın planlarında dərin məna axtarmağa ehtiyac yoxdur

Ukrayna MN: Rusiyanın planlarında dərin məna axtarmağa ehtiyac yoxdur

“Moskva bütün Ukraynanı ələ keçirmək kimi strateji məqsədlərini dəyişməyib, ona görə də ukraynalılara düşmənin elan etdiyi planlarda dərin mənalar axtarmağa ehtiyac yoxdur”.

Bu barədə müdafiə nazirinin müavini Anna Malyar bildirib.

“Düşmən liderlərin planları ilə bağlı video və bəyanatlarını necə qiymətləndirmək olar? Heç cür” Malyar deyib.

Malyar Rusiyanın planlarının dəyişmədiyini vurğulayıb.

“Keçən il blitskriq (sürətli müharibə - red.) yox idi, ona görə də indi mərhələli şəkildə hərəkət edirlər. Daha doğrusu, onlar hərəkət etməyə çalışırlar, lakin müdafiəçilərimiz buna imkan vermir”, - Malyar bildirib.

NE
Nihadə Eyyubova