“Texniki müayinələrin icrası ilə məşğul olacaq heyyət artıq yavaş-yavaş formalaşır. Artıq “Azəriqaz” rəsmisi İlkin Behbudovun iştirakı ilə Gəncədə və digər rayonlarda bu proses başlayıb”.
Demokrat.azxəbər verir ki,bu fikirləri “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisiEldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında çıxıışı zamanıbildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə texniki müayinəyə cəlb olunacaq 2023 əməkdaşın təlimlərinə start verilib:
"Həmin 2023 nəfər əməkdaş təlimləri keçəndən sonra digər həmkarlarına, daha geniş auditoriyaya təlimlərin keçirilməsi prosesinə başlayacaq. İnanıram ki, bir il ərzində bizdə ixtisaslaşmış, təlimlər keçmiş bu tip əməkdaşlar formalaşacaq və bizim də texniki müayinə ilə bağlı xidmətimizdən əsaslı şəkildə dönüş yaranacaq. Bunun bariz nümunəsi olaraq hadisələrin və digər səbəblərin azalmasını biz müşahidə edəcəyik. Amma bu o demək deyil ki, bunların heç biri olmayacaq. Əgər insan faktoru varsa, “Azəriqaz” İstehsalat Birliyi hər bir evin girişində, hər saniyədən bir gəlib nəyisə yoxlamaq kimi fiziki imkana sahib deyil. Bu baxımdan abonentlərin üzərinə düşən məsuliyyət yükü var ki, o məsuliyyət yükü də onların təhlükəsizliyinə birbaşa təsir edir. Hamı öz üzərinə düşən məsuliyyəti dərk etsə, inanıram ki, əsassız surətdə bu tip hadisələrin qarşısı alınacaq".
Aysu Demokrat.az


