"Yay aylarında qazdan istifadə və avadanlıqların dəyişdirilməsi prosesində daha diqqətli olmaq lazımdır".
Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.
Onun sözlərinə görə, mavi qazla əlaqədar mühüm təhlükələrin əksəriyyəti yay aylarında baş verir:
"Qış aylarında quraşdırılmış qaz sobalarının yayda otaqdan çıxarılması bir sıra təhlükələrə səbəb olur. Abonentlər avadanlıqların təmizlik işlərini, qaz cihazının sökülməsini mütəxəssislərə tapşırmalıdır. Əksər hallarda vətəndaşlar bu təmizlik işlərini özləri yerinə yetirir və məsuliyyətsizlik nəticəsində partlayış hadisələri baş verir.
Bildirmək istəyirəm ki, bu kimi hallar ölümlə nəticələnə bilir. Ona görə də maksimum dərəcədə məsuliyyətli olmaq lazımdır".
Aysu Demokrat.az


