Dünya Özəl

Dəmiryol işçilərini qatar vurdu

Dəmiryol işçilərini qatar vurdu

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində qatar dəmiryol işçilərini vurub.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Hadisə yerinə polis və Təcili tibbi yardım qrupları gəlib.

Dəmiryolu xətti müvəqqəti olaraq bağlanıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova